6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Euractiv: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketində razılığa gələ bilməyə bilər

10-iyul-2026, 12:33
Euractiv: Aİ Rusiyaya qarşı yeni sanksiyalar paketində razılığa gələ bilməyə bilər
Yazı Ölçüsü:

Avropa İttifaqında Rusiyaya qarşı hazırlanmış yeni sanksiyalar paketinin qəbulunun baş tutmaması ehtimalı yaranıb.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, buna səbəb üzv ölkələr arasında bəzi məhdudiyyətlərlə bağlı fikir ayrılıqlarıdır.

Müzakirələrin əsas mövzularından biri rusiyalı hərbçilərin Aİ-yə girişinə qadağa tətbiq edilməsidir. Baltik ölkələrinin irəli sürdüyü təşəbbüs bütün üzv dövlətlər tərəfindən dəstəklənməyib. Fransa, İtaliya və Yunanıstan məhdudiyyətlərin yumşaldılmasının tərəfdarı olduqları üçün bütün döyüş iştirakçılarına qısamüddətli vizaların tam qadağan olunması təklifi daha məhdud variantla əvəz edilib.

Bundan başqa, tərəflər enerji sektoruna dair yeni məhdudiyyətləri də müzakirə edirlər. Paketə Rusiya neftinə tətbiq olunan qiymət tavanının qüvvədə saxlanılması daxil edilə bilər. Lakin bunun müddəti ilə bağlı hələ razılıq əldə olunmayıb. Yunanıstan isə Rusiya mayeləşdirilmiş təbii qazının Aİ-dən kənar ölkələrə tranzitinin davam etdirilməsinin tərəfdarıdır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930