ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, son 24 saat ərzində Hörmüz boğazından təxminən 20 milyon barel xam neft keçib.
"PostMedia" xəbər verir ki, o, bu barədə "Reuters Global Energy Forum" zamanı Nyu-Yorkda keçirilən çıxışında məlumat verib.
Raytın sözlərinə görə, bu strateji əhəmiyyətli dəniz marşrutu üzrə neft daşımalarının normal həcmlərinə qayıdışında yarana biləcək gecikmələr boğazın akvatoriyasında İran tərəfindən minaların yerləşdirilməsi ilə bağlı ola bilər.
Hörmüz boğazı dünya neft ticarətinin əsas marşrutlarından biri olaraq qalır və qlobal neft tədarükünün əhəmiyyətli hissəsi məhz bu boğazdan keçir. Marşrutun fəaliyyətində baş verən istənilən pozuntu dünya enerji bazarlarında narahatlıq yaradır.