6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Mərkəzi Bank: “Sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil”

24-iyun-2026, 20:09
Mərkəzi Bank: “Sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil”
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

24 iyun 2026-cı il tarixində “Azərikard” MMC-yə üzv olan bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsi ilə bağlı bildirilir ki, sözügedən insident hər-hansı kibermüdaxilə və ya dələduzluq halları ilə bağlı deyil, texniki səbəblərdən baş verib.

Bu barədə “PostMedia”nın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) qeyd edilib.
“Əhalinin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ödəniş sistemlərinin, eləcə də ölkədə fəaliyyət göstərən prosessinq mərkəzlərinin və kommersiya banklarının informasiya sistemləri və ödəniş infrastrukturunun sabitliyi, davamlılığı və etibarlılığı ilə əlaqədar hər-hansı çətinlik müşahidə olunmur.
Qeyd olunan texniki nasazlıq aidiyyəti üzrə artıq aradan qaldırılmışdır.
Bank xidmətləri müştərilərindən yalnız rəsmi mənbələrdə əks etdirilən məlumatlara istinad edilməsi xahiş olunur”-deyə açıqlamada qeyd edilib.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031