6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

WSJ: İranla münaqişə xərclərini qarşılamaq üçün Pentaqona 80 milyard dollar lazımdır

19-iyun-2026, 09:32
WSJ: İranla münaqişə xərclərini qarşılamaq üçün Pentaqona 80 milyard dollar lazımdır
Yazı Ölçüsü:

ABŞ Müdafiə Nazirliyi Konqres üzvlərinə bildirib ki, İranla hərbi əməliyyatlar və digər xərclərin qarşılanması üçün əlavə 80 milyard dollar maliyyələşdirməyə ehtiyac var.

"PostMedia" xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən xəbər verib.

Onların məlumatına görə, həftənin əvvəlində ABŞ Müdafiə nazirinin birinci müavini Stiven Faynberq amerikalı qanunvericilərlə telefon danışıqları apararaq Pentaqonun ehtiyacları barədə onları məlumatlandırıb.

Qeyd olunur ki, Müdafiə Nazirliyinin rəhbərliyi xəbərdarlıq edib: əgər Konqres əlavə maliyyələşməni təsdiqləməsə, Pentaqon yay aylarında vəsaitsiz qala bilər. Bu halda ABŞ hərbçiləri bir sıra proqramları, o cümlədən hərbi təlimləri azaltmağa məcbur ola bilərlər.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031