6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırır

09-iyun-2026, 18:00
Bolqarıstan Ukraynaya silah tədarükünü dayandırır
Yazı Ölçüsü:

Bolqarıstan artıq Ukraynaya silah göndərməyəcək.

"PostMedia" "Politico" nəşrinə istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı ölkənin müdafiə naziri Dimitar Stoyanov bəyan edib.

Bu addım Ukraynaya Avropa İttifaqının göstərdiyi dəstəyi dəstəkləməyən Bolqarıstanın yeni hökumətinin mövqeyini daha da möhkəmləndirir. Qərar apreldə keçirilmiş parlament seçkilərində baş nazir Rumen Radevin tərəfdarlarının inamlı qələbəsindən sonra verilib.

“Biz artıq açıq şəkildə bildirmişik ki, Ukrayna münaqişəsi döyüş meydanında həll olunmayacaq. Biz tükəndirici bir müharibənin şahidi oluruq və nə qədər çox silah yığılsa da, yeganə nəticə insan itkiləri olacaq. Danışıqlar masası arxasına əyləşməyin vaxtıdır”, – deyə Stoyanov mətbuat konfransında bildirib.

Ukraynaya yardımların dayandırılması ilə yanaşı, Stoyanov hökumətin müdafiə xərclərini ölkənin ÜDM-nin 5 faizinə çatdırmaq planını da açıqlayıb. Bu göstərici NATO tərəfindən müəyyən edilmiş hədəflərə uyğundur. Bu barədə daha əvvəl Radev də bəyanat vermişdi.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031