6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

ABŞ-də TRIPP İnkişaf Şirkətinin yaradılması təsdiqlənib

04-iyun-2026, 10:34
ABŞ-də TRIPP İnkişaf Şirkətinin yaradılması təsdiqlənib
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

ABŞ-də TRIPP layihəsinin inkişafına razılıq verilib.

"PostMedia" xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı Səfirliyi məlumat yayıb.

ABŞ-nin Beynəlxalq İnkişaf üzrə Maliyyə Korporasiyasının Direktorlar Şurası iyunun 3-də bir sıra yeni strateji investisiyaları təsdiqləyib.

Onların arasında ticarət, nəqliyyat, iqtisadi inkişaf və regional bağlantıların gücləndirilməsini dəstəkləməyə yönəlmiş erməni–amerikan birgə müəssisəsi olan TRIPP İnkişaf Şirkətinin yaradılması da var.

Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasının məlumatına görə, şirkət mühüm infrastruktur layihələrinin həyata keçirilməsinə dəstək göstərəcək. Bu layihələrə dəmir yolları, avtomobil yolları, boru kəmərləri, optik lif şəbəkələri və digər infrastruktur obyektləri daxildir.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031