6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Şoyqu: "Aİİ-dən çıxacağı təqdirdə Ermənistanda qazın qiyməti 3-4 dəfə artacaq"

03-iyun-2026, 20:17
Şoyqu: "Aİİ-dən çıxacağı təqdirdə Ermənistanda qazın qiyməti 3-4 dəfə artacaq"
Yazı Ölçüsü:

Avropa İttifaqı Ermənistan naminə real xərcləri öz üzərinə götürməyə hazır deyil, yalnız Rusiyadan alınmayan qazın qiyməti Ermənistan üçün 3-4 dəfə arta bilər.

PostMedia” xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.

“Avropa İttifaqı real xərcləri öz üzərinə götürməyə hazır deyil. Məsələn, yalnız qazın dünya qiymətləri ilə fərqini kompensasiya etmək üçün (halbuki Ermənistan qazın 84%-ni Rusiyadan idxal edir) ildə təxminən 1 milyard dollar tələb olunur. Aİ-nin bunu kompensasiya edəcəyi çətin görünür. Deməli, xərclərin yükü əhalinin üzərinə düşəcək. Qazın qiyməti 3-4 dəfə artacaq”.

Şoyqu xatırladıb ki, Ermənistanda elektrik enerjisinin əhəmiyyətli hissəsi qaz hesabına istehsal olunur. Buna görə də Ermənistanın Avrasiya İqtisadi İttifaqından çıxacağı və Rusiya tədarüklərinin azalacağı təqdirdə ev təsərrüfatları üçün qiymət artımından qaçmaq mümkün olmayacaq.

“Ermənistanda elektrik enerjisinin 40%-dən çoxu da qaz hesabına istehsal olunur. Müvafiq olaraq, sənaye və əhali üçün elektrik enerjisinin qiymətinin artmasının qarşısını almaq mümkün olmayacaq. Məsələn, Moldovada son 5 ildə elektrik enerjisinin qiyməti 2-2,5 dəfə artıb”, – deyə o əlavə edib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930