6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Rusiya Ermənistandan gilas, alça, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalını məhdudlaşdırıb

01-iyun-2026, 20:52
Rusiya Ermənistandan gilas, alça, ərik, gavalı, şaftalı, nektarin və üzüm idxalını məhdudlaşdırıb
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

Rosselxoznadzor iyunun 2-dən etibarən Ermənistandan gətirilən çəyirdəkli meyvələrin – gilas, alça, ərik, gavalı, şaftalı, nektarin, eləcə də üzümün idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

"PostMedia" qurumun məlumatına istinadən xəbər verir ki, Ermənistandan Rusiyaya meyvə tədarükü zamanı pozuntuların sayı son dövrlərdə artıb.

Bəyanatda bildirilir:

“Yuxarıda göstərilənləri nəzərə alaraq, 2 iyun 2026-cı il tarixindən etibarən Ermənistan Respublikası mənşəli və Ermənistandan göndərilən çəyirdəkli meyvələrin (Aİİ-nin Xarici İqtisadi Fəaliyyət Əmtəə Nomenklaturasının 0809 kodu üzrə – gilas, alça, ərik, gavalı, şaftalı və nektarin) və təzə üzümün (0806 kodu üzrə) idxalına, həmçinin həmin məhsulların Avrasiya İqtisadi İttifaqı üzv dövlətlərinə tranzit daşınmasına müvəqqəti məhdudiyyətlər tətbiq edilir. Məhdudiyyətlər məhsulların təhlükəsizliyinin təmin olunması üçün müvafiq alqoritm hazırlanmasına qədər qüvvədə qalacaq”.

Qərar həm Rusiyaya birbaşa idxala, həm də məhsulların Avrasiya İqtisadi İttifaqına üzv digər ölkələrə tranzit daşınmasına şamil olunur.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031