6°C Bakı
1$ = 1.70₼
İqtisadiyyat

Mərkəzi Bankın yeni sistemi “Visa” və “Mastercard”ın Azərbaycandakı fəaliyyətinə necə təsir edəcək?

14-may-2026, 11:34
Mərkəzi Bankın yeni sistemi “Visa” və “Mastercard”ın Azərbaycandakı fəaliyyətinə necə təsir edəcək?
PostMedia-nı Google-da seçilmiş mənbələrinizə əlavə edin Xəbərlərimiz Google axtarışında sizə ilk görünsün! Əlavə et
Yazı Ölçüsü:

"Açıq bankçılıq" vasitəsi ilə "Visa" və "Mastercard"ı bazardan sıxışdırıb, çıxarmaq mümkün deyil.

"PostMedia" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Texnologiyaları və İnnovasiyalar departamentinin açıq bankçılıq üzrə mütəxəssisi Elmar Didəkənan deyib.

Onun sözlərinə görə, "Visa" və "Mastercard"ın xərcləri daha artıq olur, açıq bankçılıqda bir az aşağı olur: "Amma əsas məsələni qeyd edim ki, bu təşkilatları mümkün deyil sıxışdırıb tam bazardan çıxartsınlar.

Nəinki Azərbaycanda, heç bir digər ölkələrdə bu mümkün deyil, əgər tam özləri sanksiya qoymasalar. Açıq bankçılıq sadəcə bir alternativ kanal olaraq digər ödəniş aləmi kimi təqdim olunur bazara. o demək deyil ki, tam olaraq "Visa", "Mastercard"ı çıxardacaqdır. Təbii ki, yenə də hələ böyük dövriyyə ilkin vaxtlarda "Visa", "Mastercard" üzərindən keçəcəkdir, bu olduğu kimi qalacaqdır. Amma ehtimal edirəm ki, hansısa bir belə bir period gələcəkdir harada ki, "hesabdan-hesaba" ödənişlər daha üstünlük təşkil edəcəkdir. Hansısa belə bir vaxt gələcəkdir, ehtimal eləyirəm belə olacaqdır. Amma yəni tam sıxışdırmaq, tam bazardan çıxarılması mümkün deyil heç bir halda."

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031