Çin Xarici İşlər Nazirliyi bəyan edib ki, İranla əlaqələrinə görə ABŞ sanksiyalarının hədəfinə çevrilən şirkətləri qoruyacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Çin XİN-in rəsmi nümayəndəsi Quo Caykun açıqlama verib.
“Çin öz müəssisələrinin qanuni hüquq və maraqlarını qətiyyətlə müdafiə edəcək”, — deyə o, Vaşinqtonun son məhdudiyyətlərini şərh edərkən bildirib.
Xatırladaq ki, ABŞ İranın hərbi strukturlarından neft almaqda və onu Çinə tədarük etməkdə ittiham olunan 12 fiziki və hüquqi şəxsə, o cümlədən Honkonqda qeydiyyatdan keçmiş şirkətlərə qarşı sanksiyalar tətbiq edib.
Çinli diplomat vurğulayıb ki, Pekin “qanunsuz birtərəfli sanksiyalara qəti şəkildə qarşıdır”. Onun sözlərinə görə, bu məhdudiyyətlərin beynəlxalq hüquqda əsası yoxdur və onlar BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənməyib.