6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Vaşinqtonda atışmada şübhəli bilinən şəxs NASA-nın yüksək təhlükəsizlikli obyektində işləyib - "Fox News"

27-aprel-2026, 00:45
Vaşinqtonda atışmada şübhəli bilinən şəxs NASA-nın yüksək təhlükəsizlikli obyektində işləyib - "Fox News"
Yazı Ölçüsü:

Şənbə günü "Ağ Ev" müxbirlərinin şam yeməyi zamanı atəş açmaqda şübhəli bilinən Koul Allen 2014-cü ildə Kaliforniya Texnologiya İnstitutunun tələbəsi olarkən NASA-nın yüksək təhlükəsizlikli obyektlərindən birində çalışıb.

"PostMedia" xəbər verir ki, bunu NASA-nın Reaktiv Hərəkət Laboratoriyasının (JPL) mətbuat katibi Metyu Siqal bazar günü "Fox News Digital" telekanalına bildirib.

Onun "LinkedIn" profilinə görə, Allen bakalavriatın yay proqramı çərçivəsində elmi işçi kimi fəaliyyət göstərib.

“NASA-nın Reaktiv Hərəkət Laboratoriyası zorakılığı qəti şəkildə pisləyir və bu hadisədən zərər çəkən hər kəsə başsağlığı və dəstəyini bildirir,” – deyə Siqal bildirib. “Təsdiq edə bilərik ki, şübhəli şəxs 2014-cü ildə təxminən üç ay JPL-də təcrübə keçib. İstintaqın detalları bizdə yoxdur ki, şübhəli ilə Kaliforniya Texnologiya İnstitutunun məzununun eyni şəxs olduğunu təsdiqləyək”.

Bununla belə, "Fox News Digital" telekanalı təsdiqləyir ki, şübhəli və Kaliforniya Texnologiya İnstitutunun keçmiş tələbəsi eyni şəxsdir.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930