6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

ABŞ İrana qarşı müharibə zamanı "Tomahawk" raketlərinin üçdə birindən çoxunu xərcləyib

22-aprel-2026
ABŞ İrana qarşı müharibə zamanı "Tomahawk" raketlərinin üçdə birindən çoxunu xərcləyib
Yazı Ölçüsü:

Birləşmiş Ştatlar İran əleyhinə hərbi əməliyyatlar zamanı "Tomahawk" qanadlı raket ehtiyatının üçdə birindən çoxunu, həmçinin THAAD və "Patriot" sistemlərinə aid raketlərin təxminən yarısını istifadə edib.

"PostMedia" xəbə vei ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Nyu-York ştatından demokrat üzvü Pat Ryan bildirib.

O vurğulayıb ki, münaqişənin ilk dörd həftəsi ərzində ABŞ yüksək dəqiqlikli silahların böyük həcmini tətbiq edib — 1000-dən çox JASSM raketi (arsenalın təxminən 20%-i) və 850-dən çox “Tomahawk” raketi (ehtiyatların 30%-dən çoxu).

“Əsasən müharibənin ilk dörd həftəsində biz uzun mənzilli raketlərin çox böyük hissəsini xərcləmişik — 1000-dən çox JASSM raketi, bu da arsenalımızın 20%-idir, 850-dən çox "Tomahawk" raketi, yəni arsenalımızın 30%-dən çoxu… Beləliklə, dörd həftə ərzində mövcud istehsal tempinə əsaslansaq, 10 illik ehtiyat istifadə olunub”, – deyə o, Konqres dinləmələrində bildirib.

Konqresmen əlavə edib ki, həmin dövrdə THAAD və "Patriot" hava hücumundan müdafiə/raket əleyhinə müdafiə sistemlərinin raketlərinin də təxminən 50%-i istifadə olunub.

Onun sözlərinə görə, bu məlumatlar ABŞ analitik mərkəzlərinin və digər müstəqil mənbələrin qiymətləndirmələri ilə də təsdiqlənir. Ryan qeyd edib ki, silahların bu qədər genişmiqyaslı istifadəsi artıq Pentaqonun operativ planlaşdırmasına təsir göstərir.

O həmçinin bildirib ki, İranın silahlı qüvvələri raketlər və pilotsuz uçuş aparatları vasitəsilə Yaxın Şərqdə yerləşən Amerika bazalarına zərbələr endirərək ciddi potensial nümayiş etdirir.

Daha əvvəl ABŞ Raketdən Müdafiə Agentliyinin direktoru, general-leytenant Heath Kollins etiraf etmişdi ki, sərf olunan sursat ehtiyatlarının bərpası illər çəkə bilər.

Kateqoriyalar

Təqvim

«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930