6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Azərbaycan Suriya Prezidentinin yeni logistika marşrutları ilə bağlı layihəsində yer alıb

18-aprel-2026
Azərbaycan Suriya Prezidentinin yeni logistika marşrutları ilə bağlı layihəsində yer alıb
Yazı Ölçüsü:

Suriyan Prezidenti Əhməd Əl-Şaraa Yaxın Şərq ölkələrini ölkəsinin logistika imkanlarından istifadə etməyə çağırıb.
Onun sözlərinə görə, Suriya enerji daşıyıcılarının daşınması üçün təhlükəsiz dəhliz və alternativ marşrut rolunu oynaya bilər.

"PostMedia" xəbər verir ki, prezident bunun xüsusilə Fars körfəzi ölkələri ilə Türkiyə arasında nəqliyyat əlaqələri üçün önəmli olduğunu vurğulayıb. 
Prezident bildirib ki, artıq İraq neftinin bir hissəsi Suriya limanları vasitəsilə ixrac olunur və regionda yeni ticarət marşrutları formalaşmağa başlayıb.
Ən diqqətçəkən təşəbbüslərdən biri isə “Dörd dəniz” layihəsidir. Bu layihə Xəzər, Aralıq və Qırmızı dənizləri, eləcə də Fars körfəzini birləşdirməyi nəzərdə tutur və marşrut üzərində Azərbaycan da yer alır.
Layihənin həyata keçirilməsi regionda logistikanı ucuzlaşdırmaq və ticarət əlaqələrini genişləndirmək məqsədi daşıyır.

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930