BMW 8-ci seriyanın istehsalını dayandırır.
"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, şirkət bu ayın sonunda "BMW 8 Series" modelinin sedan, kupe və kabriolet versiyalarına aid mövcud G14/G15/G16 nəsil avtomobillərin son nümunələrini istehsal edəcək.
Bu avtomobillər Almaniyanın Dinqolfinq şəhərində yerləşən zavodda istehsal olunur. Bavariya istehsalçısı model üçün gələcək görmədiyi üçün “8-ci seriya” ilə vidalaşır.
Nəzəri olaraq, BMW 8-ci seriyanın növbəti nəsli CLAR platforması əvəzinə daha müasir "Neue Klasse" elektrik arxitekturası üzərində qurula bilərdi. Lakin elektrik avtomobilləri bazarının perspektivsiz hesab olunması səbəbindən bu model ümumiyyətlə davam etdirilməyə bilər.
8-ci seriya xəttinin ixtisarı gözlənilən idi, çünki BMW ən çox satılan modellərinə fokuslanmağı planlaşdırır. Sedan versiyası 8-ci seriyanın ən populyar modeli olduğundan, onun varisinin hazırlanması ən məntiqli addım olardı. Bununla belə, benzin mühərriklərinin tamamilə olmaması müştərilər üçün gözlənilməz ola bilər.