N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İqtisadiyyat

Rusiya səfiri Ermənistanın Aİİ-yə üzvlüyünün iqtisadi üstünlüklərindən danışıb

06-fevral-2026
Türkan Nəbi
Rusiya səfiri Ermənistanın Aİİ-yə üzvlüyünün iqtisadi üstünlüklərindən danışıb
Yazı Ölçüsü:

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin rəsmi Yerevanın Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlüyündən əldə etdiyi iqtisadi faydalar barədə danışıb.

"PostMedia" xəbər verir ki, o, eyni zamanda Avropa İttifaqının ölkə üçün eyni səviyyədə iqtisadi inkişaf təmin edib-etməyəcəyini sual altına alıb.

“Ermənistanın Aİİ-nin tamhüquqlu üzvü olduğu illər ərzində ölkənin ÜDM-i 2,5 dəfə artıb. Ötən ilin 10 ayının statistikasına görə, Ermənistanın ümumi ixrac həcmi 6,4 milyard dollar təşkil edib ki, bunun 2,6 milyard dolları Aİİ ölkələrinin, ilk növbədə isə Rusiyanın payına düşür. Rusiyanın payı ümumi ixracın 37 faizini təşkil edir. Ermənistanın Aİİ-yə üzvlüyünün üstünlükləri açıq-aydındır. Avropa İttifaqı əvvəlki səviyyədə iqtisadi və sosial inkişafı təmin edə bilərmi – bu, böyük sualdır”, – deyə diplomat “Rossiya-24” telekanalına müsahibəsində bildirib.

Kateqoriyalar