6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

İdman

Kilian Mbappe “Qızıl buts” mükafatını aldı

31-oktyabr-2025, 22:27
Kilian Mbappe “Qızıl buts” mükafatını aldı
Yazı Ölçüsü:

İspaniya vitse-çempionu Madrid “Real”ının fransalı hücumçusu Kilian Mbappe ötən mövsümdəki çıxışına görə “Qızıl buts” mükafatı ilə təltif olunub.

PostMedia” xəbər verir ki, bu barədə “Kral klubu”nun rəsmi saytı məlumat yayıb.

Mbappe ötən mövsüm La Liqada 34 oyunda iştirak edərək 31 qol vurub və liqanın ən məhsuldar futbolçusu olub.

“Bu mükafat mənim üçün çox önəmlidir və böyük mənaya malikdir. Komanda yoldaşlarıma təşəkkür edirəm – onların köməyi olmasaydı bu nailiyyət mümkün olmazdı. Bizdə çox güclü bir komanda var və bir çox titullar qazana bilərik.

“Real”da oynamaq mənim uşaqlıq arzum idi. İndi buradayam və ümid edirəm ki, bu klubda uzun illər qalacağam. Azarkeşlərimizə xüsusi təşəkkür edirəm – onların dəstəyi mənim üçün çox böyük əhəmiyyət daşıyır.

Ümid edirəm gələn il də bu mükafata layiq görüləcəyəm,” – deyə Mbappe bildirib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031