6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Gürcüstanda narkotik satan Azərbaycan vətəndaşı saxlanıb

19-noyabr-2025, 23:39
Gürcüstanda narkotik satan Azərbaycan vətəndaşı saxlanıb
Yazı Ölçüsü:


Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Gürcüstanda qanunsuz narkotik vasitələrin və psixotrop maddələrin böyük miqdarını gətirməkdə şübhəli bilinən Azərbaycan vətəndaşını saxlayıb.

“PostMedia” xəbər verir ki, 43 yaşlı şəxsə qarşı ittihamlar sübuta yetirilərsə, ona 20 ilədək və ya ömürlük həbs cəzası verilə bilər.

DİN-in açıqlamasında qeyd olunur ki, hüquq-mühafizə orqanları Tbilisi Beynəlxalq Aeroportunda şübhəlilinin əl yükünü yoxlayarkən narkotik və psixotrop maddə tərkibli həb maddələrini aşkar ediblər və maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 261-ci, 262-ci və 263-cü maddələri üzrə aparılır.

Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031