6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Hadisə

Polşada təqaüdçüdən pul tələb edən Gürcüstan vətəndaşı həbs edilib

04-noyabr-2025, 20:33
Polşada təqaüdçüdən pul tələb edən Gürcüstan vətəndaşı həbs edilib
Yazı Ölçüsü:
Polşanın hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşını saxlayıblar. O, bank əməkdaşı kimi təqdim edərək yaşlı qadını aldadıb və ondan pul qoparıb.
"PostMedia" xəbər verir ki, bu barədə məlumatı “Rustavi 2” telekanalı Polşa KİV-lərinə istinadən yayıb.
İstintaqın məlumatına görə, 24 yaşlı gənc zərərçəkənə telefonla zəng edərək, özünü bank işçisi kimi tanıdıb və bildirib ki, onun hesabındakı pul təhlükədədir. Şübhəli qadına vəsaitini “təhlükəsiz hesaba” köçürməyi məsləhət görüb.
Bu yolla o, qadının 18 min zlotını (təxminən 8 240 manat) mənimsəyib.
Dələduz hadisədən qısa müddət sonra polis tərəfindən saxlanılıb. Hazırda iş üzrə istintaq davam edir.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031