6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İsrail Livana yeni hava hücumu həyata keçirib – 1 ölü, 8 yaralı

06-noyabr-2025
İsrail Livana yeni hava hücumu həyata keçirib – 1 ölü, 8 yaralı
Yazı Ölçüsü:
Bu gün İsrail ordusu Livanın cənubuna yeni hava hücumu təşkil edib.
"PostMedia" xəbər verir ki, hücum nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər isə yaralanıb.
Livan mediasının məlumatına əsasən, İsrail ordusu Sur şəhəri yaxınlığında yerləşən Tora və Abbasiye bölgələri arasında yerləşən əraziyə pilotsuz uçuş aparatı (PUA) ilə zərbə endirib. Hadisədən dərhal sonra əraziyə çoxsaylı təcili tibbi yardım briqadaları göndərilib.
Livan Səhiyyə Nazirliyi hücum nəticəsində bir mülki şəxsin öldüyünü, səkkiz nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığını açıqlayıb.
İsrail ordusu isə yayımladığı bəyanatda hücumun hədəfinin “Hizbullah qruplaşmasının infrastruktur obyektləri” olduğunu iddia edib.
Bu hücum, Qəzzədə elan olunan atəşkəsə baxmayaraq İsrailin bölgədə hərbi əməliyyatlarını davam etdirdiyini göstərir.
Son günlər İsrail və Hizbullah arasında sərhəd xəttində qarşılıqlı atəş mübadiləsi artıb. Beynəlxalq ictimaiyyət vəziyyətin daha da gərginləşməsindən narahatlığını ifadə edir.
Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930