6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin “kritik obyektlərin mühafizəsi üçün” ehtiyat hərbçilərin çağırışını təsdiqləyib

04-noyabr-2025, 19:31
Putin “kritik obyektlərin mühafizəsi üçün” ehtiyat hərbçilərin çağırışını təsdiqləyib
Yazı Ölçüsü:
Rusiya Prezidenti Vladimir Putin ölkədə silahlı qüvvələrin ehtiyatında olan vətəndaşların xüsusi təlim toplanışlarına çağırılmasını nəzərdə tutan qanunu imzalayıb.
"PostMedia" xəbər verir ki, sənəd rəsmi şəkildə hüquqi məlumat portalında dərc olunub.
Yeni qanuna əsasən, mobilizasiya ehtiyatında olan şəxslər prezident fərmanı ilə “əhəmiyyətli və həyati obyektlərin mühafizəsi və təhlükəsizliyinin təminatı” üçün xüsusi toplanışlara cəlb oluna bilərlər.
Söhbət kritik infrastrukturun, enerji, nəqliyyat və digər həyat təminatı obyektlərinin müdafiəsindən gedir.
Qanun layihəsi Rusiya Müdafiə Nazirliyi tərəfindən hazırlanıb və oktyabr ayında hökumətin qanunvericilik komissiyası tərəfindən bəyənilib. Daha sonra Dövlət Duması onu qəbul edib.
Sənədə əsasən, sülh dövründə də müəyyən hallarda, o cümlədən silahlı münaqişə riskləri və ya antiterror əməliyyatları zamanı ehtiyatda olan vətəndaşlar xüsusi vəzifələrin icrasına cəlb edilə biləcəklər.
Bu dəyişikliklər “Müdafiə haqqında” federal qanuna əlavə olunub və ehtiyat qüvvələrinin istifadəsi mexanizmini rəsmi şəkildə qanuniləşdirir.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031