N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Çexiyada keçirilən seçkilərdə qalib gəlmiş partiyalar koalisiya sazişi imzalayıblar

03-noyabr-2025
Admin
Çexiyada keçirilən seçkilərdə qalib gəlmiş partiyalar koalisiya sazişi imzalayıblar
Yazı Ölçüsü:
Oktyabrın 3–4-də keçirilən Nümayəndələr Palatası (parlamentin aşağı palatası) seçkilərində ən yüksək nəticə göstərən siyasi hərəkatların liderləri hökumət koalisiyası yaratmaq barədə razılığa gəliblər.
"PostMedia" xəbər verir ki, sazişin imzalanma mərasimi "TK News Agency" onlayn kanalı vasitəsilə canlı yayımlanıb.
Yeni hökumət koalisiyası ANO (Narazı Vətəndaşların Hərəkatı), SPD (Azadlıq və Birbaşa Demokratiya) və Motoristlər hərəkatlarından ibarətdir. Onlar 200 yerlik parlamentin aşağı palatasında 108 deputatın dəstəyinə malikdirlər.
Saziş Nümayəndələr Palatasının ilk iclasından bir saat əvvəl imzalanıb. Koalisiya tərəfdaşları palatanın spikeri postuna SPD-nin sədri Tomio Okamuranın namizədliyini irəli sürüblər. Həmçinin onlar gələcək hökumətin proqram bəyannaməsinin mətnini də təqdim ediblər.
Bu sənəd Çexiyanın NATO və Avropa İttifaqına üzvlüyə sadiqliyini vurğulayır və Ukraynaya diplomatik dəstək göstərilməsini nəzərdə tutur. Məqsəd həmin ölkədə mümkün qədər tez sülhün bərqərar olmasıdır.
Çex KİV-lərinin məlumatına görə, baş nazirliyə namizəd, ANO lideri Andrey Babiş yaxın zamanda prezident Petr Pavelə üç partiya arasında əldə olunmuş razılıq barədə məlumat verəcək. Daha sonra o, prezidentə kabinetin tərkibini təqdim edəcək. Pavelin nazirlər təyinatından əvvəl onların hər biri ilə ayrıca görüşlər keçirməsi planlaşdırılır.
Babiş daha əvvəl bildirmişdi ki, yeni hökumət ən geci dekabrın ortalarında fəaliyyətə başlayacaq.
Kateqoriyalar