6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ukraynaya maliyyə yardımı dayandırıla bilər - KİV

03-noyabr-2025, 19:36
Ukraynaya maliyyə yardımı dayandırıla bilər - KİV
Yazı Ölçüsü:
Əgər Belçika Rusiyanın dondurulmuş aktivlərindən istifadə etməkdən imtina edərsə, bu, Ukraynaya maliyyə yardımının dayandırılmasına səbəb ola bilər.
"PostMedia" xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.
Nəşrin Avropa rəsmilərinə istinadən verdiyi məlumata görə, Belçikanın 140 milyard avro dəyərində “reparasiya kreditləri” ayırmaqdan imtinası Beynəlxalq Valyuta Fondunun (IMF) Ukraynaya maliyyə yardımını dayandırmasına gətirib çıxara bilər.
IMF hazırda növbəti üç il ərzində Ukraynaya 8 milyard dollarlıq kredit ayrılması imkanını müzakirə edir.
"Politico"nun mənbələrinin bildirdiyinə görə, Avropa İttifaqının dondurulmuş rus aktivləri hesabına “reparasiya krediti” təqdim etməsi IMF-in Ukraynanın maliyyə sabitliyinə inandıra bilər. Bu da təşkilatdan yardım almaq üçün əsas şərtlərdən biridir.
Belçika isə ölkə ərazisində yerləşən dondurulmuş rus aktivlərindən istifadə etməyə qarşı çıxır. Rəsmilər bu addımın Brüssel üçün həm hüquqi, həm də maliyyə riskləri daşıdığını bildirirlər.
"Politico" qeyd edir ki, IMF-in krediti nisbətən kiçik məbləğdə olsa da, onun verilməsi Ukraynaya digər potensial investorlar üçün də mühüm siqnal rolunu oynayacaq.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930