Cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaqda ittiham olunan amerikalı milyarder Ceffri Epşteyn işində adı keçən Prins Endryu bütün kral titullarından və imtiyazlarından məhrum edilib.
"PostMedia" xəbər verir ki, bu barədə "Buckingham" Sarayının rəsmi bəyanatında qeyd olunur.
Bildirilir ki, o, yaxın zamanda Vindzordakı “Royal Lodge” adlı iqamətgahından da çıxarılacaq.
“Kral həzrətləri Çarlz, bu gündən etibarən Prins Endryunun bütün titullarının, ordenlərinin və fəxri adlarının geri alınması prosesinə rəsmi şəkildə start verdi. Prins Endryu bundan sonra Endryu Mauntbatten Vindzor kimi tanınacaq”.
Məlumata görə, “Royal Lodge” malikanəsinin icarə müqaviləsi indiyədək Endryuya hüquqi müdafiə təmin edirdi, lakin bu müdafiə qüvvədən düşüb və ona rəsmi çıxarılma bildirişi göndərilib.
Saray mənbələri bildiriblər ki, Kral Çarlzın göstərişi ilə Endryu alternativ şəxsi iqamətgaha köçürüləcək.
“Endryu ona qarşı irəli sürülən iddiaları inkar etsə də, bu sanksiyaların zəruri olduğu qərara alındı. Kral və Kraliça bütün zorakılıq qurbanlarının yanında olduqlarını və onlara dərin simpatiya və dəstək göstərməyə davam edəcəklərini bildiriblər”.
Bu qərarla, Epşteynin zərərçəkənlərindən biri olan Virciniya Cüfrenin cinsi təcavüz iddiası ilə gündəmə gətirdiyi “Prins” titulu Endryudan rəsmi şəkildə alınmış oldu.
"Buckingham" Sarayı həmçinin təsdiqləyib ki, bu qərar şəxsən Kral Çarlzın göstərişi ilə qəbul edilib.
“Azərsun Holdinq” “Azərbaycan Uşaqları” İctimai Birliyinə dəstək verəcək
05-mart-2026
HiTech
Nazir Rəşad Nəbiyev süni intellekt sahəsində qlobal şirkətlərdən olan “Nscale”in Avropa, Yaxın Şərq və Afrika regionları üzrə prezidenti və icraçı direktoru ilə görüşüb
05-mart-2026
HiTech
“Azercell” tarif paketlərini yeniləyir
05-mart-2026
Energetika
“Azeri Light” 5%-dək ucuzlaşdı
05-mart-2026
Energetika
Dünya bazarında Brent”in qimyəti dəyişməyib
05-mart-2026
Oğurluq
Teyker Karlsonun 7,9 milyon dollar dəyərində ALP nikotin paketləri ilə dolu yük maşını oğurlanıb