6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ermənistanda iki nazirliyin birləşdirilməsi nəzərəd tutulur?

31-oktyabr-2025
Ermənistanda iki nazirliyin birləşdirilməsi nəzərəd tutulur?
Yazı Ölçüsü:

Ermənistanda Əmək və Sosial Məsələlər və Səhiyyə Nazirliklərinin birləşdiriləcəyi ilə bağlı məlumatlar yayılıb.

"PostMedia" xəbər verir ki, yayaılan məlumatlarda yeni yaradılacaq super nazirliyə sabiq səhiyyə naziri və hazırki əmək və sosial münasibətlər naziri Arsen Torosyanın rəhbərlik edəcəyi qeyd edilib.

Erməni mediasının gündəmini zəbt edən bu məsələyə rəsmi şəxslər də münasibət bildirib.

Belə ki, Ermənistanın səhiyyə naziri Anahit Avanesyan jurnalistlərə açıqlamasında belə birləşmənin əleyhinə olduğunu açıqlayıb.

O, qeyd edib ki, hər iki nazirliyin ayrı-ayrı funksiyaları var və o, bu birləşmənin əleyhinədir:

"Mən qətiyyən narahat deyiləm. Torosyan çox yaxşı səhiyyə naziri idi, indi də əmək və sosial məsələlər naziridir. Hər bir nazirliyin öz funksiya dairəsi var. Belə müzakirələr olmayıb və əslində ola da bilməz. Bu nazirliklərin funksiyalarının dairəsi fərqlidir".

Kateqoriyalar

Təqvim

«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930