6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Əfqanıstan və Pakistan atəşkəsi davam etdirməyə razılaşıb

30-oktyabr-2025, 23:55
Əfqanıstan və Pakistan atəşkəsi davam etdirməyə razılaşıb
Yazı Ölçüsü:

Türkiyə Xarici İşlər Nazirliyi Əfqanıstan və Pakistanın atəşkəsin davamı barədə razılığa gəldiyini açıqlayıb.

PostMedia” “Əl-Cəzirə”yə istinadən verdiyi məlumata görə, Türkiyə XİN Pakistan və Əfqanıstanım İstanbuldakı danışıqlar zamanı atəşkəsin davam etdirilməsi barədə razılığa gəldiyini açıqlayıb.

Əfqanıstan hökumətinin sözçüsü qeyd edib ki, İstanbulda keçirilən danışıqlar çətin keçsə də, nəticə verib və tərəflər görüşlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Məlum mənbələrin bildirdiyinə görə, Əfqanıstan və Pakistan sülh danışıqlarını cümə axşamı günü İstanbulda bərpa edəcəklər. Halbuki bir gün əvvəl İslamabad bu danışıqların uğursuzluğa düçar olduğunu açıqlamışdı.

İslamabad Əfqanıstanın müvəqqəti hökumətini (Talibanı) “Təhrik-e-Taliban Pakistan” adlı terror qrupuna sığınacaq verməkdə ittiham edib, lakin Kabul bu iddianı rədd edib.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031