N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyi daha 90 gün uzadıb

30-oktyabr-2025
Türkan Nəbi
Zelenski Ukraynada hərbi vəziyyət və səfərbərliyi daha 90 gün uzadıb
Yazı Ölçüsü:
Ukrayna prezidenti Volodimir Zelenski oktyabrın 30-da ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün müddətinə uzadılması barədə qanunları imzalayıb.
"PostMedia" xəbər verir ki, bu barədə Ukrayna ali qanunverici orqanı olan Ali Radanın saytında məlumat yerləşdirilib.
Prezident tərəfindən imzalananqanuna əsasən hərbi vəziyyət və səfərbərlik 2025-ci il noyabrın 5-dən qüvvəyə minəcək və ən azı 2026-cı il fevralın 3-dək qüvvədə qalacaq.
Bu qərar da daxil olmaqla Rusiya tərəfindən genişmiqyaslı işğalın başlanmasından bəri Ukraynada hərbi vəziyyətin və səfərbərliyin uzadılması artıq 17-ci dəfədir həyata keçirilir. Son dəfə bu rejimlər iyulun 15-də uzadılmışdı.
Hərbi vəziyyət, ölkənin müstəqilliyinə və ərazi bütövlüyünə yönəlmiş silahlı təcavüz təhlükəsinə qarşı tətbiq olunan xüsusi hüquqi rejimdir. Bu rejim dövlət orqanlarına, hərbi komandanlığa, yerli idarəetmə və özünüidarəetmə strukturlarına əlavə səlahiyyətlər verir.
Mövcud qanunvericiliyə görə, 25–60 yaş arası kişilər tibbi müayinədən keçdikdən sonra səfərbərliyə cəlb oluna bilər. Bundan əlavə, tibbi təhsili olan qadınlar da könüllü əsaslarla xidmətə çağırıla bilərlər.
Ukraynanın müdafiə naziri Denis Şmıqal daha əvvəl bəyan etmişdi ki, hazırkı səfərbərlik səviyyəsi ordunun komplektləşdirilməsi və ehtiyat qüvvələrin formalaşdırılması üçün kifayətdir.
Kateqoriyalar