Suriya rəsmən Kosovonu tanıyıb.
"PostMedia" xəbər verir ki, bu barədə Suriya Xarici işlər Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, iki ölkə arasında razılaşma Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın dəstəyi ilə Ər-Riyadda keçirilən üçtərəfli görüş zamanı əldə edilib.
“Suriya xalqların öz müqəddəratını təyin etmə hüququna sadiqliyini və Balkanlarda, eləcə də dünyada sülh və sabitlik prinsiplərinin möhkəmlənməsinə yönəlmiş səylərini əsas götürərək, Kosova Respublikasını müstəqil və suveren dövlət kimi rəsmi şəkildə tanıdığını bəyan edir,” – deyə Suriya Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.
Öz növbəsində, Kosovonun “prezidenti” Vjosa Osmani bildirib ki, bu razılaşma Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmanın dəstəyi ilə Ər-Riyadda keçirilən görüş zamanı əldə olunub.
Qeyd edək ki, həmin gün Ər-Riyadda Suriya, Səudiyyə Ərəbistanı və Kosovonun rəhbərlik nümayəndələrinin iştirakı ilə görüş keçirilib.
Xatırladaq ki, Azərbaycan Kosovanın müstəqilliyini tanımır.