6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO Ukraynanın silahlandırılması üçün əlavə vəsait ayıra bilər

29-oktyabr-2025, 20:34
NATO Ukraynanın silahlandırılması üçün əlavə vəsait ayıra bilər
Yazı Ölçüsü:
Şimali Atlantika Alyansında (NATO) ABŞ-nin daimi nümayəndəsi Metyu Uitaker bildirib ki, bu il 2 milyard dollar ayrılacaq.
"PostMedia" xəbər verir ki, bu barədə Almaniyanın "Deutsche Welle" nəşri yazıb.
Söhbət PURL (Ukraynanın Prioritet Tələbləri) proqramı çərçivəsində ABŞ silahlarının alınmasından gedir. Ukrayna öz prioritet ehtiyaclarının siyahısını tərtib edir, silah alışını isə NATO-nun digər üzv dövlətləri və alyansın tərəfdaşları maliyyələşdirirlər.
Sentyabrın 17-də Volodimir Zelenski bəyan edib ki, Ukrayna artıq PURL proqramı çərçivəsində 2 milyard dollardan çox vəsait alıb və ilin sonuna qədər bu məbləğin 3–3,5 milyard dollara çatacağına ümid edir.
Bu maliyyə, o cümlədən "Patriot" hava hücumundan müdafiə sistemləri və "HIMARS" çoxlüləli raket sistemləri üçün raketlərin alınmasına yönəldilib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031