6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

İran Pakistanla Əfqanıstan arasında vasitəçiliyə hazır olduğunu açıqlayıb

28-oktyabr-2025
İran Pakistanla Əfqanıstan arasında vasitəçiliyə hazır olduğunu açıqlayıb
Yazı Ölçüsü:
Rəsmi Tehran Pakistan və Əfqanıstan arasında vasitəçilik etməyə hazır olduğunu bəyan edib.
"PostMedia" "Mehr" agentliyinə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Pakistanın daxili işlər naziri Möhsin Naqvi ilə görüşündə deyib.
Görüş zamanı Pezeşkian İran və Pakistan arasındakı münasibətləri “qardaşlıq və qarşılıqlı etimada əsaslanan, səmimi və xüsusi əlaqələr” kimi xarakterizə edib.
Prezident ümid etdiyini bildirib ki, Naqvinin Tehrana səfəri iki ölkə arasında əvvəlki razılaşmaların həyata keçirilməsini sürətləndirəcək və bunun nəticəsində tərəflər üçün müsbət nəticələr əldə olunacaq.
Bundan əlavə, Pezeşkian bölgədə gərginliyi azaltmaq və münaqişələrin qarşısını almaq üçün səylərin vacibliyini vurğulayıb və İranın Pakistanla Əfqanıstan arasındakı ixtilafların həllinə yardım göstərməyə hazır olduğunu qeyd edib.
“Bu gün, hər zamankindən daha çox, müsəlman ölkələrinin ümumi düşmənlərə qarşı birləşməsi vacibdir,” – deyə o əlavə edib.
Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031