N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Lavrov: "Qərb Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan uzaqlaşdırmağa çalışır"

28-oktyabr-2025
Türkan Nəbi
Lavrov: "Qərb Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan uzaqlaşdırmağa çalışır"
Yazı Ölçüsü:
"Qərb Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələrini Rusiyadan uzaqlaşdırmağa çalışır və bu məqsədlə öz əməkdaşlıq mexanizmlərini qurur. Lakin rəsmi Moskva belə cəhdlərin qarşısını bütün mümkün vasitələrlə alacaq".
"PostMedia" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov Minskdə keçirilən III Avrasiya Təhlükəsizlik Beynəlxalq Konfransının yüksək səviyyəli plenar iclasının yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.
“NATO və Avropa İttifaqı Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri ilə öz dialoq formatlarını və əməkdaşlıq strukturlarını qururlar. Qərb bu əlaqələri qarşılıqlı faydalı əməkdaşlıqdan çox, həmin ölkələri Rusiya Federasiyasından uzaqlaşdırmaq üçün istifadə etməyə çalışır. Biz belə meyillərin qarşısını mövcud bütün vasitələrlə — diplomatik, siyasi və iqtisadi yollarla alacağıq”.
XİN rəhbəri vurğulayıb ki, Rusiya heç vaxt Mərkəzi Asiyada və Cənubi Qafqazda öz müttəfiqlərinin və tərəfdaşlarının xoş niyyətindən sui-istifadə olunmasına razı olmayacaq və onların Rusiya ilə qarşıdurmaya sürüklənməsinə imkan verməyəcək, çünki bu, onların iqtisadi və siyasi maraqlarına tamamilə ziddir.
Kateqoriyalar