6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə ilə ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək - MEMORANDUM

25-sentyabr-2025, 23:43
Türkiyə ilə ABŞ nüvə enerjisi sahəsində əməkdaşlıq edəcək - MEMORANDUM
Yazı Ölçüsü:

Türkiyə ilə ABŞ Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumu imzalayıb.

"PostMedia" xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar özünün X hesabında açıqlayıb.

Bayraktarın paylaşımında deyilir:

“Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti cənab Donald Trampın "Ağ Ev"də keçirdiyi görüşdə iştirak etdik.

Türkiyə ilə ABŞ arasındakı köklü və çoxşaxəli tərəfdaşlığı nüvə enerjisi sahəsində daha da dərinləşdirəcək yeni bir prosesi başladıq.

Görüşdən sonra ABŞ dövlət katibi cənab Marko Rubio ilə birlikdə liderlərin hüzurunda Strateji Mülki Nüvə Əməkdaşlığı Anlaşma Memorandumunu imzaladıq.

Razılaşma çərçivəsində həyata keçiriləcək işlərin qarşıdakı dövrdə hər iki ölkə üçün qarşılıqlı fayda gətirməsini arzulayıram”.


Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930