N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Avropa Rusiyanı xəbərdar etdi - Təyyarələr vurula bilər

25-sentyabr-2025
Admin
Avropa Rusiyanı xəbərdar etdi - Təyyarələr vurula bilər
Yazı Ölçüsü:
Avropa ölkələri NATO hava məkanına müdaxilə halında rus təyyarələrini vurula biləcəyi xəbərdarlığı edilib.
"PostMedia"nın "Bloomberg"ə istindən verdiyi xəbərə görə, Avropa diplomatları bu həftə Moskvada keçirilən görüşdə Kremlin diqqətinə çatdırıblar ki, NATO ölkələrinin hava məkanına müdaxilə halında alyans güc tətbiq edə və rus təyyarələrini vurmaq qərarı verə bilər.
Məlumata əsasən, Böyük Britaniya, Fransa və Almaniya səfirləri Rusiya tərəfinə Estoniya üzərində üç "MiQ-31" qırıcısının uçuşu ilə bağlı narahatlıqlarını ifadə ediblər. Estoniya sentyabrın 19-da Rusiya qırıcılarının Vayndlo adası yaxınlığında hava sərhədini pozduğunu bəyan etmişdi.
Rusiya Müdafiə Nazirliyi isə iddiaları rədd edərək, həmin uçuşların Karelidən Kalininqrad vilayətinə planlı şəkildə həyata keçirildiyini açıqlayıb. Kreml sözçüsü Dmitri Peskov da rus hərbi təyyarələrinin beynəlxalq normalara uyğun uçduğunu bildirib.
Fransadakı Rusiya səfiri Aleksey Meşkov isə xəbərdarlıq edib ki, NATO tərəfindən Rusiya təyyarəsinin vurulması birbaşa hərbi münaqişəyə səbəb ola bilər. Onun sözlərinə görə, NATO təyyarələri də tez-tez Rusiya hava məkanını pozur, lakin Moskva buna cavab olaraq güc tətbiq etmir.
ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hava məkanına müdaxilə edən Rusiya qırıcılarına atəş açılması ideyasını dəstəkləyib. NATO-nun baş katibi Mark Rütte isə alyansın zərurət yaranacağı halda rus təyyarəsini vurmağa hazır olduğunu təsdiqləyib.
Kateqoriyalar