6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Erdoğan "Ağ ev"də Trump ilə Görüşüb

25-sentyabr-2025, 21:22
Erdoğan "Ağ ev"də Trump ilə Görüşüb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Tramp və Prezident Recep Tayyip Erdoğan "Ağ ev"də görüşüb.
"PostMedia"nın məlumatına görə, Tramp görüş öncəsi bildirib ki, “Prezident Erdoğan hörmətəlayiq bir liderdir. Onu Beyaz Sarayda qəbul etmək bizim üçün bir şərəfdir".
O, həmçinin Qəzza məsələsində razılaşmanın yaxın olduğunu və əvvəlcə əsirlərin azad edilməsinin vacib olduğunu vurğulayıb.
Ərdoğan isə “Bölgədəki çətinlikləri birlikdə aşacağıq” deyərək iki ölkə arasında əməkdaşlığa diqqət çəkib.
Söhbət zamanı ABŞ Prezidenti Suriya mövzusuna toxunaraq, “Suriya məsələsini Ərdoğan həll etdi” deyib.
Ərdoğan çıxışında isə BMT Baş Assambleyası çərçivəsindəki bu görüşün əhəmiyyətini vurğulayıb və "F-35", "F-16" və "Halk Bankası" məsələlərini ətraflı müzakirə edəcəklərini bildirib.
O, həmçinin Heybeliada məktəbi məsələsində üzərinə düşən vəzifələri yerinə yetirməyə hazır olduğunu və Bartolomes ilə bu mövzuda görüşəcəyini qeyd edib.
Görüş zamanı Tramp keçmişdə Türkiyə ilə yaşanan Rahib Brunson məsələsinə də toxunaraq, onun azad edilməsinin ABŞ-dəki xristian icması üçün önəmli olduğunu bildirib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031