6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

ABŞ hərbi rəhbərliyi təcili toplaşır

25-sentyabr-2025
ABŞ hərbi rəhbərliyi təcili toplaşır
Yazı Ölçüsü:

ABŞ müdafiə naziri Pit Heqset yüzlərlə general və admirala heç bir səbəb göstərmədən gələn həftə Virciniyadakı Dəniz Piyadaları bazasında toplanmaq əmri verib. Qərar hərbi rəhbərlik arasında qarışıqlıq və narahatlıq yaradıb.

PostMedia” xəvər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumatda deyilir ki, bu, son illərdə çox nadir rast gəlinən bir göstərişdir və demək olar ki, ABŞ-ın bütün ali hərbi komandirlərinə ünvanlanıb.

Toplantı barədə göstəriş bu həftənin əvvəlində göndərilib. Hansı ki, hökumətin fəaliyyətinin dayandırılması təhlükəsinin artıb və Heqset komandasının ali hərbi komandanlıqların geniş konsolidasiyası planını elan etməsindən bir neçə ay keçib.

Pentaqonun sözçüsü Şon Parnell cümə axşamı bəyan edib ki, Heqset gələn həftənin əvvəlində ali hərbi rəhbərlərə müraciət edəcək. O, iclasın detalları barədə əlavə məlumat verməyib. Görüşün çərşənbə axşamı “Quantico” bazasında keçirilməsi planlaşdırılır.

Kateqoriyalar

Təqvim

«    Mart 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031