N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Qırğızıstan parlamenti özünü buraxıb

25-sentyabr-2025
Admin
Qırğızıstan parlamenti özünü buraxıb
Yazı Ölçüsü:

Qırğızıstan parlamentinin deputatları öz səlahiyyətlərinin vaxtından əvvəl dayandırılmasına səs veriblər.

"PostMedia" xəbər verir ki, iclasda iştirak edən 89 deputatdan 84-ü vaxtından əvvəl buraxılma təşəbbüsünü dəstəkləyib. QƏlavə edək ki, parlamentdə ümumilikdə 90 deputat var.

Qeyd edək ki, sentyabrın əvvəlində bir qrup deputat səlahiyyətlərin vaxtından əvvəl dayandırılması ilə bağlı təklif irəli sürmüşdü. Onlar bunu siyasi qeyri-sabitliyin qarşısını almaq zərurəti ilə əsaslandırıblar.

Təşəbbüs müəllifləri vurğulayıblar ki, Konstitusiyaya görə, parlament seçkiləri 2026-cı ilin noyabrına, prezident seçkiləri isə 2027-ci ilin yanvarına planlaşdırılıb.

Onların fikrincə, seçkilərin vaxt baxımından yaxın olması əlavə xərclərə səbəb olacaq. Bundan başqa, bu, Mərkəzi Seçki Komissiyasının işini də çətinləşdirə bilər.

Kateqoriyalar