N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Trampın Rusiya təyyarələri ilə bağlı sözlərindən sonra silah istehsalçılarının səhmləri artıb

24-sentyabr-2025
Turan Hüseynli
Trampın Rusiya təyyarələri ilə bağlı sözlərindən sonra silah istehsalçılarının səhmləri artıb
Yazı Ölçüsü:
ABŞ Prezidenti Donald Trampın NATO ölkələrinin hava məkanını pozan Rusiya təyyarələrini vurmalı olduqlarını deməsindən sonra Asiyanın müdafiə sənayesi şirkətlərinin səhmləri artıb.
"PostMedia" bu barədə "Bloomberg"ə istinadən xəbər verir.
Bildirilir ki, ən böyük artımı Cənubi Koreya şirkətləri göstərib. Ölkənin müdafiə sahəsində ən iri podratçısı olan "Hanwha Aerospace Co"nun səhmləri 5,9 % bahalaşaraq tarixi maksimuma çatıb. "Korea Aerospace Industries Ltd" və "Hyundai Rotem Ltd"nin səhmləri isə ən azı 4 % yüksəlib.
Yaponiyada "IHI Corp."un səhmləri 6%-dən çox artaraq "Topix" indeksində liderlərdən birinə çevrilib. "Mitsubishi Heavy Industries Ltd"nin qiymətli kağızları 3%-dən çox bahalaşıb. Avstraliyanın "DroneShield Ltd" şirkətinin səhmləri isə 7%-dən çox yüksəlib.
Agentlik qeyd edir ki, artan geosiyasi gərginlik və hərbi xərclərin artacağı gözləntiləri fonunda dünya bazarlarında müdafiə sektoruna maraq güclü qalır. "MSCI World Aerospace & Defense" indeksi 2025-ci ildə 51% artaraq qlobal fond indeksinin dinamikasını 17% üstələyib.
“Trampın şərhləri geosiyasi risklərin yenidən diqqət mərkəzində olduğunu göstərir və bu, müdafiə şirkətlərinin səhmlərinin artımına təkan verir. Təhlükənin azalacağına dair heç bir əlamət olmadığından, gözlənilir ki, müdafiə şirkətlərinin sifariş portfelləri qarşıdakı bir neçə il üçün dolu olacaq”, — deyə Sinqapurun "Fibonacci Asset Management Global Pte" şirkətinin rəhbəri Çon İn Yun bildirib.
Kateqoriyalar