6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

NATO Rusiya və Ukrayna məsələsində Türkiyədən nümunə götürməlidir - Ərdoğan

23-sentyabr-2025, 13:08
NATO Rusiya və Ukrayna məsələsində Türkiyədən nümunə götürməlidir - Ərdoğan
Yazı Ölçüsü:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, digər NATO ölkələri də onun ölkəsinin modelini əsas götürməlidirlər. Türkiyə həm Rusiya, həm də Ukrayna ilə əlaqələri dəstəkləyir.
"PostMedia" xəbər verir ki, "Fox News" telekanalına müsahibə verən Ərdoğan Türkiyə hakimiyyəti iki ölkə arasında sülh yolu ilə nizamlanmaya dəstək verməyə davam edəcəyini açıqlayıb.
“NATO Rusiya ilə münasibətlərdə Türkiyə modelindən  istifadə edə bilərdi. Mən düşünürəm ki, NATO bizim həm Rusiya, həm də Ukrayna ilə münasibətlərdə istifadə etdiyimiz modeli əsas götürməlidir. Biz orada sülh modeli üzərində işləyirik”.
Türkiyə lideri vurğulayıb ki, onun Rusiya prezidenti Vladimir Putinlə münasibətləri ilk görüşlərindən bəri yaxşıdır. Bununla yanaşı, Türkiyə Ukrayna ilə də əlaqələri davam etdirir. “Biz həm Rusiya, həm də Ukrayna ilə münasibətləri dəstəkləyirik. Bizim modelimiz – yaxşı münasibətlərin qorunmasıdır”, – deyə o qeyd edib.
Bundan əlavə, Türkiyə prezidenti bildirib ki, onun ölkəsi iki dövlət arasında sülh yolu ilə nizamlanmaya dəstək verməyə davam edəcək.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930