6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiya ICAO-dan sanksiyaların yumşaldılmasını istəyir

22-sentyabr-2025, 20:36
Rusiya ICAO-dan sanksiyaların yumşaldılmasını istəyir
Yazı Ölçüsü:

Rusiya BMT-nin Mülki Aviasiya Təşkilatına (ICAO) müraciət edərək, 2022-ci ildən tətbiq edilən aviasiya sanksiyalarının yumşaldılmasını tələb edib.

PostMedia” xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Moskva hesab edir ki, “gücsüzləşdirici və qeyri-qanuni məcburi tədbirlər” adlandırılan məhdudiyyətlər xüsusilə ehtiyat hissələrinin tədarükü və tranzit uçuşların həyata keçirilməsinə mənfi təsir göstərir.

Qərb ölkələrinin Ukraynaya qarşı müharibəyə cavab olaraq tətbiq etdiyi sanksiyalar nəticəsində Rusiyanın Airbus və Boeing tipli yüzlərlə təyyarəsi üçün ehtiyat hissələrinin gətirilməsi çətinləşib. Bu isə aviasiya təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Rusiya oktyabrın 3-dək davam edəcək ICAO-nun Monreal iclasında məsələnin qaldırılacağını və sanksiyaların beynəlxalq aviasiya qaydalarına zidd olduğunu vurğulayacağını bildirib.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930