6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Rusiyada pasport əvəzinə QR kod tətbiq ediləcək

22-sentyabr-2025, 17:51
Rusiyada pasport əvəzinə QR kod tətbiq ediləcək
Yazı Ölçüsü:
Rusiya vətəndaşları yaxın vaxtlarda pasport əvəzinə “gosuslugi” tətbiqində QR-koddan istifadə edə biləcəklər.
"PostMedia" xəbər verir ki, bu barədə Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat verib.
İlkin mərhələdə QR koddan 18 yaşdan yuxarı məhsulların mağazalardan alınması, məsələn spirtli içkilər, tədbirlərə giriş, ofislərə daxil olmaq paketlərin göndərilməsi və ya qəbul edilməsi hallarında istifadə olunacaq.
Nazirlik bildirib ki, yoxlama zamanı yalnız zəruri məlumatlar göstəriləcək. Məsələn, kinoya bilet alan şəxslər yalnız foto və yaş məlumatını görəcək.
Gələcəkdə bu QR-kodun istifadəsi sahələri daha da genişləndiriləcək.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930