6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Kim Çen Inn: “ABŞ ilə danışıqlara açığıq”

22-sentyabr-2025
Kim Çen Inn: “ABŞ ilə danışıqlara açığıq”
Yazı Ölçüsü:

ABŞ nüvə silahlarının ləğvini tələb etməyi dayandırarsa Pxenyan Vaşinqtonla danışıqlara hazırdır.

PostMedia” xəbər verir ki, bunu Şimali Koreya lideri Kim Çen Inn bildirib.

Onun sözlərinə görə, ABŞ “denuklearizasiya obsesiyasından” əl çəkib reallığı qəbul edərsə, Şimali Koreyanın ABŞ-la oturub danışmasına heç bir maneə olmayacaq:

“Əgər ABŞ Koreya Xalq Demokratik Respublikasının denuklearizasiyası ilə bağlı absurd fikirlərindən əl çəkib realist və praqmatik mövqe sərgiləsə, iki ölkə arasında münasibətləri inkişaf etdirmək üçün qarşılıqlı təmasların bərpasına heç bir səbəb mane olmayacaq”, – Kim vurğulayıb.

O həmçinin ABŞ prezidenti Donald Trampı da yad edib və onunla görüşlərinin xoş xatirələr buraxdığını bildirib.

Kim Çen Inn əlavə edib ki, sanksiyalar Şimali Koreyanı zəiflətməyib, əksinə ölkəni daha dayanıqlı və güclü edib.

Bu bəyanatlar Pxenyanın ABŞ ilə münasibətlərində mümkün yeni mərhələnin işarəsi kimi qiymətləndirilir.

Kateqoriyalar

Təqvim

«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031