6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putinin dostu olan azərbaycanlı iş adamına sanksiya tətbiq olundu

04-sentyabr-2025, 00:44
Putinin dostu olan azərbaycanlı iş adamına sanksiya tətbiq olundu
Yazı Ölçüsü:
Avstraliya rusiyalı müxalifət lideri Yuliya Navalnayanın ölkəyə səfəri ərəfəsində bir sıra rusiyalı rəsmilərə, iş adamlarına qarşı sanksiyalar tətbiq edib.
"PostMedia" modern.az-a istinadən xəbər verir ki, siyahıya Moskva merinin müavini Maksim Liksutov, Mərkəzi Bankın sədrinin keçmiş birinci müavini Kseniya Yudaeva, fövqəladə hallar nazirinin müavini Denis Popov, Baş nazirin keçmiş müavini Yuri Borisov, Tatarıstanın keçmiş prezidenti Radik Şamiyevin oğlu, milyarder Andreik Şamiyev, milyarder Andrey Şamiyev daxildir.
“Qara siyahı”ya salınanlar arasında azərbaycanlı biznesmen İlham Rəhimov da var. O, cəmiyyətdə daha çox Rusiya Prezidenti Vladimir Putinin dostu kimi tanınır.
Avstraliya Xarici İşlər Nazirliyi onları Ukraynanın işğalına və Rusiya daxilində repressiyalara görə məsuliyyət daşıdığını bildirib.
Kateqoriyalar

Təqvim

«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031