N/A°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Yaponiyada insanlar Hiroşima faciəsinin qurbanlarını belə andılar - FOTOLAR

07-avqust-2025
Türkan Nəbi
Yaponiyada insanlar Hiroşima faciəsinin qurbanlarını belə andılar - FOTOLAR
Yazı Ölçüsü:

1945-ci il avqustun 6-da Yaponiyanın Hiroşima şəhərinə aton bombasının atılmasından 80 il ötür.

PostMedia” xəbər verir ki, hadisənin 80 ili münasibəti ilə anım tədbiri keçirilib.

Ziyarətçilər, II Dünya Müharibəsində ABŞ tərəfindən Hirosima şəhərinə atılan atom bombasının 80-ci ildönümü münasibətilə keçirilən anım mərasimi zamanı Motoyasu çayı boyunca, Atom Bombası Qübbəsinin qarşısında kağız fənərlər buraxıblar.

Anım mərasimi çərçivəsində Motoyasu çayı boyunca, Atom Bombası Qübbəsinin qarşısında tonqallar yandırılıb.

Xatırladaq ki, 1945-ci il avqustun 6-da yəni II Dünya Müharibəsinin son günlərində ABŞ Yaponiyanın Hiroşima şəhərinə tarixdə ilk dəfə atom bombası atıb. “Little Boy” (Balaca Oğlan) adlı bu bomba, şəhərin böyük bir hissəsini saniyələr içində yerlə yeksan edib.

Hadisə nəticəsində təxminən 140 min insan həyatını itirib. Onların bəziləri dərhal, bəziləri isə sonrakı həftə və aylarda yanıqlar, şüalanma və digər ağır tibbi fəsadlar səbəbilə ölüb.

Hiroşima ilə bərabər, 3 gün sonra — avqustun 9-da — ABŞ Nagasaki şəhərinə də atom bombası atılıb. Bu hadisələrdən sonra Yaponiya təslim olduğunu elan edib və II Dünya Müharibəsi başa çatıb.

Atom bombası hücumu, yalnız hərbi deyil, bəşəriyyət tarixində dönüş nöqtəsi sayılır. Bu gün Hiroşima sülhün simvolu olaraq tanınır və hər il avqustun 6-da minlərlə insan şəhərdə anım mərasimləri keçirərək faciə qurbanlarını yad edir.

Bu il keçirilən anım tədbirindən AP maraqlı fotolar qeydə alıb. Həmin fotoları təqdim edirik.

Kateqoriyalar