6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ərdoğan Zakir Həsənovun müşavirinə Ordu generalı rütbəsi verdi

05-avqust-2025, 17:33
Ərdoğan Zakir Həsənovun müşavirinə Ordu generalı rütbəsi verdi
Yazı Ölçüsü:

Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovun müşaviri vəzifəsini icra edən Bəxtiyar Ersayın Türkiyə ordusunda rütbəsi artırılıb.

"PostMedia" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Belə ki, prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Ali Hərbi Şuranın qərarı ilə əvvəl Türkiyə ordusunda general-polkovnik rütbəsini daşıyan Bəxtiyar Ersaya ordu generalı hərbi rütbəsi verilib.

Eyni zamanda, dövlət başçısı tərəfindən təsdiqlənən sözügedən qərarla Türkiyə ordusunda 31 general və admirala daha üst rütbə, 61 polkovnikə isə general və admiral rütbələri verilib.

@Oxu.az
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930