Mixail Qusman TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən çıxarılıb.
"PostMedia" TASS-a istinadən bildirir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin imzaladığı qərarla təsdiqləyib.
75 yaşlı Mixail Qusman, təxminən 30 il TASS-da çalışıb və 2000-ci ildən bəri “Формула власти” (Güc formulu) televiziya proqramının müəllifi və aparıcısıdır.
2001-ci ildə Rusiya Federasiyasının əməkdar mədəniyyət işçisi, 2018-ci ildə isə əməkdar jurnalist adına layiq görülüb.
Qusman, UNESCO-nun Rabitə üzrə Beynəlxalq Proqramının Rusiya Komitəsində rəhbər kimi fəaliyyət göstərir və UNESCO-nun İnformasiya və Kommunikasiya üzrə Hökumətlərarası Şurasının (IPDC) və Rusiya Federasiyasının UNESCO üzrə Komissiyasının üzvüdür. Bu qərarın, onun Rusiya Federasiyasında geniş müzakirələrə səbəb olan Xankəndində keçirilmiş Şuşa Forumunda iştirakına görə verildiyi ehtimal edilir.