6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Ərdoğan mətbuat katibini işdən çıxarıb başqa vəzifəyə təyin etdi

10-iyul-2025, 05:53
Ərdoğan mətbuat katibini işdən çıxarıb başqa vəzifəyə təyin etdi
Yazı Ölçüsü:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezidentin Kommunikasiya Baş İdarəsinin rəhbəri Fəxrəddin Altunu vəzifəsindən azad edib.

PostMedia” xəbər verir ki, bu barədə F.Altun özünün “X” hesabında məlumat verib.

Türkiyənin rəsmi media orqanı olan “Resmi qazete”də yayılan məlumata görə, 7 il ərzində Türkiyə Prezidentinin Kommunikasiya Baş İdarəsinə rəhbərlik edən Fəxrəddin Altun Prezident Rəcəb Tayyib Ərdoğanın 10 iyul 2025-ci il tarixində imzaladığı qərarla Türkiyə İnsan Haqları və Bərabərlik Qurumunun (TİHEK) sədri təyin olunub.

Eyni zamanda Rəcəb Tayyib Ərdoğanın digər əmri ilə daxili işlər nazirinin müavini professor Burhanəddin Duran Prezidentin Kommunikasiya Baş İdarəsinin rəhbəri vəzifəsinə gətirilib.
TİHEK sədrliyinə əlavə olaraq digər rəhbər və üzvlər də təyin edilib.

Fəxrəddin Altun sosial şəbəkə paylaşımında Türkiyə Prezidentinə təşəkkürünü çatdıraraq ailəsinə, həmkarlarına və jurnalistlərə minnətdarlığını bildirib.


Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930