6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Putin son 3 ildə Makronla ilk dəfə telefonla danışıb

01-iyul-2025, 22:44
Putin son 3 ildə Makronla ilk dəfə telefonla danışıb
Yazı Ölçüsü:

Rusiya Prezidenti Vladimir Putin və fransalı həmkarı Emanuel Makron arasında telefon danışığı baş tutu.

”PostMedia” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Rusiya və Fransa prezidentləri Ukrayna ətrafındakı vəziyyəti, İran-İsrail qarşıdurmasını və ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələri müzakirə ediblər.

Danışıqlar zamanı Rusiya prezidenti bildirib ki, Ukraynadakı münaqişə Qərbin siyasətinin birbaşa nəticəsidir.

Hər iki lider İranın nüvə proqramı ətrafındakı böhranın siyasi və diplomatik yollarla həllinə üstünlük verilməli olduğunu qeyd ediblər.

Xatırladaq ki, bu 2022-ci ildən bəri Rusiya və Fransa prezidentləri arasında baş tutan ilk telefon danışığıdır.

Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930