6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Türkiyə və Rusiya XİN rəhbərləri Ukrayna münaqişəsini telefonla müzakirə ediblər

12-may-2025, 23:18
Türkiyə və Rusiya XİN rəhbərləri Ukrayna münaqişəsini telefonla müzakirə ediblər
Yazı Ölçüsü:
Türkiyə və Rusiya xarici işlər nazirləri Ukrayna münaqişəsini telefonla müzakirə ediblər.
Söhbət zamanı Moskva ilə Kiyev arasında sülhün bərqərar olunmasına yönəlmiş səylərlə bağlı məsələlər müzakirə olunub.
"PostMedia" TASS-a istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla telefon danışığı zamanı Ukrayna münaqişəsinin nizamlanması perspektivlərini müzakirə edib.
“Müzakirə zamanı Rusiya və Ukrayna arasında sülhün bərqərar olunmasına dair səylərlə bağlı məsələlər nəzərdən keçirildi”, – deyə məlumatda bildirilir.
Qeyd edək ki, 12 may tarixində Fidan ABŞ dövlət katibi Marko Rubio və Fransa xarici işlər naziri Jan-Noel Barro ilə də Ukraynadakı vəziyyəti müzakirə edib.
Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930