6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

"Harry Potter"in qəhrəmanı ata olub - FOTO

02-may-2025, 03:07
"Harry Potter"in qəhrəmanı ata olub - FOTO
Yazı Ölçüsü:

"Harry Potter" film seriyasında Ron Visley (Ron Weasley) obrazı ilə tanınan britaniyalı aktyor Rupert Qrint (Rupert Grint) ikinci dəfə ata olub.

"PostMedia" xarici KİV-lərə istinadən xəbər verir ki, R. Qrint və həyat yoldaşı aktrisa Corciya Qruminin (Georgia Groome) 2020-ci ildə dünyaya gələn qızları Venzdeydən (Wednesday) sonra ikinci övladlarıdır.

R.Qrint, yeni doğulan qızının adını Qoldi Q.Qrint (Goldie G. Grint) olaraq açıqlayıb.

Aktror, Instagram hesabında paylaşdığı fotoda "Goldi "10/10 bir körpə (indiyə qədər)" sözləri ilə təsvir edib və doğumda iştirak edən həkimə təşəkkürünü bildirib.

Cütlük şəxsi həyatlarını mediadan uzaq saxlamağa üstünlük verir və ailə həyatları barədə nadir hallarda məlumat paylaşırlar. Bununla belə, R.Qrint daha əvvəl atalıq təcrübəsinin həyatını necə dəyişdirdiyini və bu roldan nə qədər zövq aldığını müsahibələrində qeyd edib.


Kateqoriyalar

Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930