6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

“Şençjou-19” ekipajı Çin orbit stansiyasından ayrılıb

30-aprel-2025, 07:45
“Şençjou-19” ekipajı Çin orbit stansiyasından ayrılıb
Yazı Ölçüsü:

“Şençjou-19” kosmik aparatı üç ekipaj üzvü ilə Çin orbit stansiyasından ayrılıb və Yerə qayıdışına başlayıb.

"PostMedia" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Pilotlu Kosmik Uçuş Proqramı İdarəsinin (CMSA) bəyanatında deyilir.
Taykonavtlar Tsay Syuyçje, Sun Lindun və Van Xaotsze çərşənbə günü Yerə qayıdacaqlar. Aparat Çin Xalq Respublikasının şimalında yerləşən Daxili Monqolustan muxtar bölgəsindəki “Dunfen” eniş meydanına enəcək.
“Şençjou-19” kosmik gəmisinin ayrılması çərşənbə axşamı baş tutmalı idi, lakin eniş meydanındakı güclü küləyə görə ekipajın qayıdışı təxirə salınıb. Hazırda hava şəraiti tələblərə cavab verir.
Xatırladaq ki, Çin 24 apreldə “Şençjou-20” pilotlu kosmik gəmisini buraxıb. Taykonavtlar orbit stansiyasında altı ay davam edəcək növbəti missiya üçün əvvəlki heyəti əvəz ediblər.
Çin orbit stansiyası təxminən 400 km yüksəklikdə yerləşir və 10 ildən çox müddət xidmət edəcək.

Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031