6°C Bakı
1$ = 1.70₼

Son Yeniliklər

Dünya

Çin və Rusiya münasibətlərini gücləndirir

29-aprel-2025, 07:08
Çin və Rusiya münasibətlərini gücləndirir
Yazı Ölçüsü:
"Son zamanlarda dünyada çoxsaylı dəyişikliklər baş verib, lakin Çin və Rusiya arasında qarşılıqlı etimad və dəstək dəyişməz olaraq qalır".
"PostMedia" xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının xarici işlər naziri Van Yi BRIKS ölkələrinin xarici işlər nazirlərinin Rio-de-Janeyroda keçirilən görüşü çərçivəsində rusiyalı həmkarı Sergey Lavrovla görüşündə bildirib.
Van Yi əlavə edib ki, Çin və Rusiya BRIKS çərçivəsində koordinasiyanı və əməkdaşlığı möhkəmləndirməli, inkişaf etməkdə olan ölkələrin birliyini daha da dərinləşdirməlidirlər.
Çin Xarici İşlər Nazirliyinin verdiyi məlumata görə, Lavrov öz növbəsində Van İ-yə Ukrayna böhranı ətrafındakı vəziyyətin son inkişafı barədə məlumat verib və Rusiyanın Ukrayna ilə heç bir ilkin şərt olmadan sülh danışıqları aparmağa hazır olduğunu, böhranın əsas səbəblərinin aradan qaldırılmasına sadiq qaldığını bir daha vurğulayıb. Çin XİN rəhbəri isə Çinin sülhə və danışıqlara dəstək vermək mövzusundakı prinsipial mövqeyini ətraflı şəkildə izah edib.
Kateqoriyalar

Təqvim

«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031